Azərbaycan yeni silahlar istehsal edəcək - SİYAHI

img

07-03-2018 [11:49]


2017-ci ildə müdafiə sənayesi müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1200-ə çatıb.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Sənəddə qeyd edilib ki, 2018-ci ildə aşağıdakı yeni məmulatların da istehsalı mümkün olacaq.

Bunlar müxtəlif çaplı patronlar, qumbaraatanlar üçün 4 növ qumbaralı atəş yığımları, yeni 12,7 mm-lik snayper tüfəngi, xüsusi təyinatlı əl pulemyotu, patrul maşını, döyüş sursatları üçün partladıcılar, müxtəlif çaplı lülələr, artilleriya və tank topları üçün mərimilərin gövdə və gilizləri, avtomatik topdur.

Nazirlər Kabinetinin hesabatı parlamentin martın 16-da keçiriləcək plenar iclasında müzakirə olunacaq/modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA