Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanları dəyişdi - Fərman

img

06-03-2018 [21:16]


Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri dəyişir. 

Bu, Prezident İlham Əliyevin martın 6-da imzaladığı "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb. 

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin şəkilaltı yazılarında "SGGD” abreviaturası "SM” abreviaturası ilə əvəz edilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA