Prezident polisin və Daxili Qoşunların maaşlarını artırdı - SƏRƏNCAM

img

06-03-2018 [18:53]


Prezident İlham Əliyev maaşların artırılması ilə bağlı  sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, dövlət başçısı Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarını orta hesabla 10 faiz artırıb. Sərəncam martın 1-dən tətbiq olunacaq.
Prezident həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarını da 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA