Bütün cəsədlər ailələrinə verildi - Narkoloji Mərkəzində həlak olanların

img

06-03-2018 [13:18]


Martın 2-də Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı həlak olan şəxslərin hamısının meyitləri ailə üzvlərinə təhvil verilib.

Mia.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin rəhbəri Tahir Əhmədov məlumat verib.

Onun sözlərinə görə, meyitlərin ailə üzvlərinə təhvil verilməsi prosesi analizlərdən sonra həyata keçirilib: "Tanınmaz halda olan meyitlərdən DNK analizləri götürüldü, kimlikləri təstiqlənəndən sonra ailələrinə təhvil verildi".

Xatırladaq ki, martın 2-də səhər saatlarında Respublika Narkoloji Mərkəzdə baş verən yanğın nəticəsində 25 nəfər yanaraq ölüb, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb və barəsində həbs-qəti imkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA