06-03-2018 [10:18]
Azərbaycan banklarının gəlirləri kəskin azalıb. Bu isə kredit portfelindəki azalma ilə bağlıdır.
Mia.az FED.az-a istinadən xəbər verir ki, müştərilərə verilən kreditlər azalaraq 11 milyard 242,2 milyon manata düşüb. Bu isə bankların kredit faizlərindən əldə etdikləri gəlirlərin kəskin azalması deməkdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən, kredit portfeli yanvar ayında 1 faiz azalaraq, 11 milyard 337.6 milyon manatdan 11 milyard 242,2 milyon manata düşüb. Yəni bankların kredit portfeli bir ayda 95,4 milyon manat azalıb.
2017-ci ilin yanvar ayının sonu ilə müqayisədə isə bu azalma daha çoxdur. Belə ki, 2017-ci ilin eyni dövründə bankların müştərilərə verdiyi kreditlər 16 milyard 206.6 milyon manat olmuşdu, başqa sözlə, 1 il ərzində kreditin həcmində 5 milyard manat azalma var.
Bankların kredit aktivliyinin azalması və izafi likvidlik bankların icmal hesabatında yeni mənzərəni ortaya qoyub. Belə ki, bankların pulu kreditlər yolu ilə iqtisadiyyata yönəltmək imkanları aşağı olduğundan, onlar hazır maliyyə alətlərinə yatırım edirlər. Təkcə bir ayda bank sektorunun qiymətli kağızlara qoyduğu investisiyanın məbləği 2 milyard 487 milyon manat olub. 31 dekabr 2017-ci il tarixinə isə bu göstərici cəmi 355 milyon manat təşkil edirdi.
Bankların Mərkəzi Bankın notlarına, dövlət istiqrazlarına tələblərinin həddən artıq artması da bu artımı gözlənilən edirdi. Lakin müqayisə göstərir ki, hazırda rəqəmlər arasında 7 dəfəlik bir artım var və bu, kreditləşməyə açılmanın zərurətini əks etdirir.
İqtisadçı ekspert Rəşad Həsənov isə musavat.com-a açıqlamasında deyib ki, Azərbaycanda bank sektoru son iki ildə tənəzzül dövrünü yaşayır: "Bu fonda gəlirlərin azalması proqnozlaşdırılan idi. Azərbaycanda banklar daha çox kreditlərdən gəlir əldə edirdilər. 2004-2014-cü illər üzrə bankların gəlirlərinin strukturunu tədqiq edən zaman aydın olur ki, onların əldə etdiyi gəlirlərin hər 100 manatından 75 manatı məhz kreditləşmədən, yəni kredit faizlərindən əldə olunan gəlirlərdir”.
Ekspertlər bildirir ki, bankların vəziyyətini çətinləşdirən amillərdən biri də dollarla olan kreditlərdir. Dövlətin bu məsələyə müdaxiləsi və yaranmış borclarda güzəştlərin edilməsi məqsədəuyğun sayılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi