ABŞ-ın Ankaradakı səfirliyi qeyri-müəyyən müddətə qapadıldı - Bəyanat

img

05-03-2018 [19:47]


Xəbər verdiyimiz kimi, dünən axşam ABŞ Türkiyənin paytaxtı Ankaradakı səfirliyini bağlayıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Vaşinqton təhlükəsizlik səbəbi ilə Ankaradakı səfirliyi bağlamaq qərarı verib: "Qərar bir günlükdür. Səbəb isə təhlükəsizliklə əlaqəlidir".

Lakin aydın olub ki, səfirlik sabah da açılmayacaq. 

Bu barədə səfirlik açıqlama yayıb. Bildirilib ki, təhlükəsizlik səbəbi ilə səfirlik sabah da bağlı olacaq: 

"Təhlükəsizlik təhdidi səbəbindən səfirlik xalqa bağlı fəlaiyyət göstərəcək. Diplomatik missiyanın nə vaxt açılacağı haqda xalqa məlumat veriləcək.

Onu da qeyd edək ki, Vaşinqtonun terror təhlükəsi ilə bağlı bu radikal qərarından sonra rəsmi Ankara hərəkətə keçib.

Türkiyə polisi bu gün səhərdən etibarən şəhərdə İŞİD şübhəlilərinə qarşı əməliyyata başlayıb: "20 şübhəli haqda həbs qərarı çıxarılıb, onlardan 12-si yaxalanıb".

Ankara valiliyindən verilən məlumata görə, ABŞ səfirliyi və bu ölkənin Türkiyədə olan bütün vətəndaşları ilə bağlı təhlükəsizlik tədbirləri artırılıb: "Kəşfiyyat qurumlarımız ABŞ qaynaqlarından daxil olan məlumat əsasında səfirlik və Amerika vətəndaşlarının olduğu yerlərə qarşı ehtimal olunan terror təhlükəsinə yönəlik tədbirləri gücləndirib. Bütün nöqtələr bir daha diqqətlə nəzərdən keçirilib, əlavə təhlükəsizlik tədbirləri alınıb".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA