Məcburi köçkünlərə ödənilən kompensasiya və yardımın miqdarı açıqlandı - Yanğına görə

img

05-03-2018 [15:32]


Keçən il yanğın nəticəsində məcburi köçkünlərə göstərilən maddi yardımın məbləği açıqlanıb.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında əksini tapıb.

Keçən il Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən "Çiçək” düşərgəsində baş vermiş yanğın nəticəsində zərər çəkmiş 10 məcburi köçkün ailəsinin hər birinə 35 min manat olmaqla, ümumilikdə 350 min manat məbləğində, Bakı şəhəri, Xətai rayonu, K. Kərimov küçəsi 15 ünvanında yerləşən binada baş vermiş yanğın nəticəsində həmin binada müvəqqəti məskunlaşmış 27 məcburi köçkün ailəsinin hər birinə 38 min 518 manat olmaqla, ümumilikdə 1 milyon 40 min manat məbləğində kompensasiya ödənilib.

Məişət avadanlıqlarına dəymiş ziyana görə 7 ailənin hər birinə 2 min manat olmaqla, cəmi 14 min manat maddi yardım köçürülüb/apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA