6 polis xidmətdən xaric olundu, 40-ı vəzifədən azad edildi, 348 əməkdaş isə... - Rəsmi hesabat

img

05-03-2018 [15:13]


Ötən il cəzalandırılan polis əməkdaşlarının sayı açıqlanıb.

Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir ki, ötən il daxili nəzarət çərçivəsində aşkarlanmış 312 fakt üzrə 414 əməkdaş intizam qaydasında cəzalandırılıb. Onlardan 26-sı daxili işlər orqanlarında xidmətdən xaric olunub, 40-ı tutduğu vəzifədən azad edilib, 348 əməkdaş barəsində isə digər tənbeh tədbirləri görülüb.

Ötən il dini təbliğatla qanunsuz məşğul olan 142 nəfər barəsində tədbir görülüb. 

Hesabatda bildirilir ki, həmin şəxslərdən istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmamış 5185 ədəd dini ədəbiyyat, 356 ədəd broşür, 145 ədəd kompakt disk, 3 ədəd odlu silah və 14 ədəd sursat aşkarlanaraq, götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA