Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

05-03-2018 [13:13]


Martın 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqinormadan aşağı 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdəduman olacaq. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA