Məzahir Pənahov İlham Əliyevlə görüşdü - Prezidentliyə namizədlik vəsiqəsi təqdim edildi + FOTO

img

05-03-2018 [12:27]


Martın 5-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.   

 Dövlət başçısı qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə və bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib, Mərkəzi Seçki Komissiyasının işinə uğurlar arzulayıb. 

Seçkilərə hazırlıq işlərinin lazımi səviyyədə həyata keçirildiyini vurğulayan Məzahir Pənahov seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün bütün şəraitin yaradılması ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarının konstitusion hüquqlarının qarantı kimi Prezident İlham Əliyevə minnətdarlığını bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA