ABŞ-ın 28 ildir xüsusi təlim keçdiyi 70 xüsusi təyinatlı dəstə Afrinə girdi - Türk mətbuatından sensasion iddia

img

05-03-2018 [11:46]


PKK/PYD-yə silah tədarükü görən ABŞ bu dəfə də 28 ildir xüsusi hazırladığı özəl yetişdirilmiş 70 nəfərdən ibarət dəstəni Afrinə yeridib.

Mia.az xəbər verir ki, bu sensasion iddianı Türkiyə mətbuatı yayıb.

Bildirilib ki, 1990-cı ildən bu yana ABŞ Guam adasında özəl hərbi təhsil və təlim keçdiyi 70 terroristi bu yaxınlarda Suriyaya gətirib və onlar artıq Afrin bölgəsinə keçib: "Həmin xüsusi təlim keçmiş 70 nəfərlik dəstə qırıcı və helikopter idarə etməkdən tutmuş, antitank, təyyarə vuran raketlərdən peşəkar formada istifadə etməklə yanaşı, elektron mina yerləşdirmək kimi xüsusi bacarığa  sahibləniblər".

Məlumata görə, PKK/PYDyə dəstək olaraq Afrinə yeridilən bu dəstə hazırda Türkiyə ordusuna qarşı vuruşur: "Guamda xüsusi təlim keçirilən bu terrorçular eyni zamanda HAT adı verilən  PKK-nın xüsusi təyinatlılarının əsasını təşkil edir. Onlar ABŞ-ın xüsusi təyinatlılarından hazırlıq səviyyəsinə görə fərqlənmir və ən müasir silahları çox ustalıqla istifadə etməyi bacarırlar".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA