03-03-2018 [23:58]
Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsinin yaşadığı ev 2014-ci ildə baş verən təbii fəlakət (zəlzələ) nəticəsində qəzalı vəziyyətə düşüb.
Mia.az xəbər verir ki, 71 yaşlı Əsbət Rəsulova Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirir ki, vəziyyətlə bağlı dəfələrlə aiddiyyatı orqanlara müraciət etsə də, şikayətinə baxan olmayıb.
Ə.Rəsulova neçə ildir gözləsə də, heç bir nəticə yoxdur: "Hara gedirdim, deyirdilər, "get gözlə, tikiləcək”. 2014-ci ildən bu yana hələ də gözləyirəm. Hazırda özüm yataq xəstəsiyəm, yaşayışımız acınacaqlıdır. 8 nəfər ailə üzvü balaca 1 otaqda yaşayırıq. Bir neçə yerə müraciət etsək də, nəticəsiz qalıb. Vəziyyət o dərəcəyə çatdı ki, saxladığımız heyvanları satıb ev tikdirməyə başladıq. Amma yarımçıq qaldı”.
Əsbət nənə deyir ki, həmin vaxt zəlzələdən zərər çəkmiş evlərin sahiblərinin hər biri evlə təmin olunub. Amma onların haqqı olan evi, başqasına veriblər: "Mənə dedilər ki, "sizin kresloda oturanlarınız sizin üçün tikilən evi başqa birisinə veriblər”. Axı onların nə ixtiyarı var, mənim haqqıma girməyə? Mən şəhid anasıyam, heç olmasa, şəhidə hörmət etsinlər”.
Qadının oğlu Aydın Rəsulovun sözlərinə görə, onların evi 2 dəfə təbii fəlakətə məruz qalıb. Birinci dəfə zəlzələ olanda dövlət fondundan bərpa-gücləndirmə üçün onlara 4000 manat ayrılıb. İkinci zəlzələdə isə ev tamamilə yararsız vəziyyətə düşüb.
"Dövlətin bərpa üçün verdiyi 4 min manata özümüzə ev tikməyə başladıq, amma bitirə bilmirik. Bizim istəyimiz bircə odur ki, dövlət maddi yardım göstərsin. Müraciət etdiyimiz yuxarı instansiyalardan bizə cavab gəlib ki, kompensasiya ödəniləcək. Artıq dördüncü ilə keçir və biz hələ də gözləyirik”, – deyə Rəsulov bildirib.
Məsələ ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) İnformasiya təminatı və təhlil sektorunun müdiri Nizami Abdullayev Sputnik Azərbaycan-a bildirib ki, şəhid ailəsinin məsələsinə yaxın vaxtlarda baxılacaq. Lakin daha sonra RİH-dən Əsbət xanıma bildirilib ki, bu məsələ onların səlahiyyətində deyil.
Qeyd edək ki, sözügedən ailənin oğlu Akif Rəsulov Milli qəhrəman Ramiz Qənbərovun "Könüllülər batalyonu”nda döyüşüb. 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidin cənazəsi düşmən tərəfdə qalıb. Oğlunun qəbrinə də həsrət qalan Əsbət nənənin bircə arzusu var — ölümündən əvvəl evinin tikildiyini görmək.
Onun arzusunu həyata keçirmək, şəhid ailəsinin səsinə səs vermək və haqqını bərpa etmək isə aidiyyatı dövlət qurumlarında çalışan məmurların insafına qalır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi