Orta məktəblərin statusu dəyişdirilir - Layihə parlamentdə

img

03-03-2018 [11:31]


"Milli Məclisin Elm və Təhsil komitəsinin 2018-ci il qanunverici işlər planına "Orta ümumtəhsil məktəbləri haqqında” yeni qanun layihəsinin hazırlanması daxil edilib. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycan təhsilinə öz müsbət töhfəsini verəcək”.

Mia.az xəbər verir ki, bunu AzEDU-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyil.

Deputat bildirib ki, yeni qanun layihəsində orta ümumtəhsil məktəblərinin statusu müəyyənləşəcək.

"Azərbayacanda gimnaziya, özəl, dövlət orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Yeni qanun layihəsində isə bunların statusu müəyyənləşəcək. Bu sənəddə həmçinin müəllim-şagird, müəllim-cəmiyyət münasibətləri öz əksini tapacaq. Bundan əlavə, yeni qanun layihəsində özəl ümumtəhsil məktəblər barədə xüsusi müddəalar olacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA