20 hakimin, 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verildi - Ciddi qanun pozuntusuna yol verdiklərinə görə

img

03-03-2018 [10:46]


"Ötən il Məhkəmə Hüquq Şurası tərəfindən səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilib. Ciddi qanun pozuntusuna yol vermiş 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib".

Bunu Nizami rayon Məhkəməsinin sədri Ələddin Cəfərov Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki, 2017-ci ildə 6 məhkəmə sədri, apellyasiya məhkəmələrinin 8 hakimi aşağı vəzifələrə keçirilib.

"2017-ci ildə məhkəmələrə müraciətlərin sayı ötən ilə nisbətən azalıb. Birinci instansiya məhkəmələrinin mülki işlər üzrə qərarlarının 97,6 faizi, hökmlərin isə 88,3 faizi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməyərək sabit qalıb", - deyə Ə.Cəfərov vurğulayıb/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA