Həlak olanların bəzilərinin cəsədi ailələrinə verilib

img

03-03-2018 [10:32]


Dünən Respublika Narkoloji Dispanserində yanaraq dünyasını dəyişənlərin adları məlumdur.

Bu barədə "Qafqazinfo”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib. O qeyd edib ki, ölənlərin adları müəyyənləşib. Lakin hazırda hansı meyitin kimə məxsus olması üzərində iş aparılır: "Onlardan bir neçəsinin şəxsiyyəti dəqiqləşib və dəfn edilməsi üçün ailələrinə təhvil verilib”.

Qeyd edək ki, ötən gün Respublika Narkoloji Dispanserində güclü yanğın hadisəsi baş verib. Nəticədə dispanserdə müalicə alan xəstələrdən 25-i yanaraq ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA