Nazarbayevlə Binəli Yıldırım Prezidentə başsağlığı verdi: "Xəbəri dərin hüznlə qarşıladıq..."

img

02-03-2018 [21:28]


Bu gün Bakı şəhər Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım  Prezident İlham Əliyevə başsağlığı verib.

Mia.az həmin məktubu təqdim edir:

"Hörmətli Prezident.

Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım.

Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik.

Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm".

***


Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev də Prezident İlham Əliyevə başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin hüznlə qarşıladım.

Qardaş Azərbaycan xalqının dərdinə şərik olduğumu bildirir, həlak olanların doğmalarına və yaxınlarına öz adımdan və Qazaxıstan xalqı adından başsağlığı verirəm.

Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA