MMP Narkoloji Mərkəzində baş verən yanğınla bağlı narahatdır

img

02-03-2018 [19:25]


Müasir Müsavat Partiyası Bakı şəhər Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı bəyanat qəbul edib.

Partiya baş verən yanğın nəticəsində 25 nəfərə insanın həlak olmasından dərin sarsıntı keçirdiyini ifadə edir, baş vermiş hadisə nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

MMP faciəli hadisənin seçki ərəfəsində baş verməsindən narahatlığını ifadə edib. Bu səbəbdən də partiya faciəli hadisənin obyektiv şəkildə araşdırılmasının tərəfdarı olduğunu qeyd edib və hüquq mühafizə orqanlarını baş verən yanğının səbəblərinin ətraflı təhqiq edilməsi, günahkar şəxslərin qanun qarşısında məsuliyyətə cəlb olunması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər görməyə və bu barədə xalqa ətraflı məlumat verməyə çağırıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA