MSK seçkilərlə bağlı ödənizsiz efir vaxtı və dərc üçün yer ayıracaq KiV-in adını açıqlayıb

img

24-09-2010 [12:11]


7 noyabr 2010-cu il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alnmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə MSK-nın mətbuat xidmətindən məlumat daxil olub. Ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq KİV-lər İctimai Televiziya və Radio Yayımları Şirkəti, ?Azərbaycan?, ?Xalq qəzeti?, ?Respublika? və ?Bakinski raboçi? qəzetləridir. Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA