Narkoloji Mərkəzdə ölənlərin hamısı xəstələrdir - Nazirlikdən açıqlama

img

02-03-2018 [13:50]


Martın 2-də səhər saatlarında Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində ölənlərin hamısı xəstələrdir.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. L.Bayramovanın sözlərinə görə, hadisə nəticəsində tibbi personaldan xəsarət alan olmayıb:

"Ölənlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Bütün bunlar araşdırmaların nəticəsində bəlli olacaq”.

Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirliklərinin Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı yeni birgə məlumatında qeyd edilir ki, həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA