Ölkə ərazisində buludlu və yağmurlu hava zəraiti davam edəcək

img

24-09-2010 [11:50]


Bakıda və Abşeron yarımadasında həftəsonu buludlu, yağmurlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah dəyişkən buludlu hava olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17?, gündüz 22-25? olacaq. Sentyabrın 26-da da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi proqnolaşdırılır. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17?, gündüz 21-24? təşkil edəcək. Sentyabrın 27-də də dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz hava müşahidə ediləcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16?, gündüz 23-25? təşkil edəcək. Azərbaycanın rayonlarında sentyabrın 24-dən 25-nə keçən gecə bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı, gün ərzində isə əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18?, gündüz 23-28?, dağlarda gecə 7-11?, gündüz 13-18? olacaq. Sentyabrın 26-27-də şimşək çaxacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. 27-də gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17?, gündüz 22-27?, dağlarda gecə 7-11?, gündüz 13-18? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA