Bakıdakı Narkoloji Mərkəzdə yanğın: 24 şəxs ölüb, yaralılar var - Nazirlər hadisə yerində+Foto/Video

img

02-03-2018 [10:09]


Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

Mia.az xəbər verir ki,  ilkin məlumata əsasən, 24 nəfərədək ölü və 5 yaralı var.

Hadisə zamanı xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib..

Qeyd edək ki, yanğın səhər saatlarında söndürülüb.


*** 

Xətai rayonu ərazisində baş verən yanğınla bağlı ölkənin güc strukturlarının rəhbərləri hadisə yerinə gəlib.

Nazir Kəmaləddin Heydərov başda olmaqla FHN rəhbərliyi, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş prokurorun Rüstəm Usubov hazırda yanğın ərazisindədir. Daxili işlər naziri Ramil Usubov da hadisə yerinə gəlib.

Mia.az bildirir ki, az sonra Prezident İlham Əliyev də hadisə yerinə gəlib. Orada vəzifəli şəxslər hadisə  barədə Prezidentə məruzə ediblər. Prezident müvafiq qurumların rəhbərlərinə yerində göstərişlər verib.

Mia.az Qafqazinfo.ya istinadən hadisə yerindən video da təqdim edir:









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA