İcra Hakimiyyətində ölüm - İşçi iş başında ürəktutmadan vəfat etdi

img

01-03-2018 [22:25]


Mingəçevir Şəhər İcra Hakimiyyətində ölüm hadisəsi baş verib.

İdarənin kərgüzarlıq işləri ilə məşğul olan 1956-ci il təvəllüdlü İntizar Məmmədovanın ürək tutmasından qəfil halı pisləşib.

Ətrafdakıların səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İntizar Məmmədova uzun illərdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatında ümumi şöbə nəzdində, eyni zamanda icra hakiminin müavinləri yanında qəbul bölməsində fəaliyyət göstərirdi. (Report)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA