Putin Əsədə qarşı olan bütün qüvvələri məhvlə hədələdi: “Rusiya bunlara sonsuza qədər dözməyəcək”

img

01-03-2018 [09:13]


"Rusiya terrorçuların Dəməşqi atəşə tutmasına sonsuza qədər dözməyəcək”.

"RİA-Novosti”  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avstriyanın kansleri Sebastyan Kurtsla danışıqlardan sonra bildirib.

Ölkə liderinin sözlərinə görə, terrorçular hər gün Suriya paytaxtına 50-80 raket zərbəsi endirirlər.

"Şərq Qutada olan döyüşçülər hər gün Dəməşqə zərbələr vururlar. Həmçinin, terrorçular atdığı raketlər Rusiya səfirliyi və ticarət nümayəndəliyinin ərazisinə düşür. Buna sonsuza qədər dözmək olarmı? Əlbəttə ki, xeyr”, – dövlət başçısı deyib.

Qeyd edək ki, Şərqi Quta hazırda Suriyada terrorçuların son qalalarından biri olaraq qalır/Publika.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA