Müəllimlərin və elm adamlarının əməkhaqqı artırıldı - Prezident sərəncamı

img

28-02-2018 [18:59]


Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezidentin növbəti sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları da martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Hər iki sərəncamdan irəli gələn məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA