28-02-2018 [13:20]
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərdən sənəd qəbuluna fevralın 20-də start verilib.
Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərini MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.
MSK indiyədək 15 nəfərin prezidentliyə namizədlyinin irəli sürüldüyünü təsdiqləyib.
Hələ ki yalnız hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən təsdiqlənib.
"Mərkəzi Seçki Komissiyasının 14 fevral tarixli qərarına uyğun olaraq, iddiaçıların müraciətlərinə müsbət qərar verildikdən bir gün sonra imza vərəqləri tərəfimizdən götürülüb və konkret ərazi bölgüsü, məsul şəxslər, dəqiq fəaliyyət qrafiki əsasında imzların toplanmasına başlanılıb. Bu işdə siyasi həmfikirlər, tərəfdarlar və yaxın platformaya malik olduğumuz qüvvələr, həmçinin könüllülər yaxından iştirak ediblər.
70 dairə üzrə 40 mindən artıq imzanın toplanması zamanı məni tanıyan, parlament fəaliyyətimi yaxından izləyən insanların çoxlu rəy, təklif və sorğuları da nümayəndələrimiz tərəfindən ətraflı qeydə alınıb və gələcək planların tərtibi zamanı onlardan faydalanmaq nəzərdə tutulur. Eyni zamanda, seçki mübarizəsinin çirkli kampaniyalar səviyyəsində deyil, daha çox ideyaların mübarizəsi və xalqın ümdə problemlərinin müzakirəsi formasında keçirilməsinə dair seçicilərin arzu və istəklərinin üstünlük təşkil etdiyini də xüsusi vurğulamaq lazımdır.
Mənim xeyrimə toplanan imzaların artıq başa çatmaqda olduğunu nəzərə alaraq, Seçki Qərargahı yaxın günlərdə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
***
Növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər hələ ki bunlardır:
Azərbaycan prezidenti İlham Əliyev -prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb; prezidentliyə namizədliyi rəsmən qeydə alınıb
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev- prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Zahid Oruc- prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Fərəc Quliyev- prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Araz Əlizadə- prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;
Asif Məmmədov- prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Razi Nurullayev- prezidentliyə namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;
Elşən Həsənov- prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Hafiz Hacıyev- prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;
Fuad Əliyev- prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;
Tural Abbaslı- prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Anar Umudov- prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Ramazan Bəkirov- prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Əli Əliyev- prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülüb;
Sərdar Məmmədov- prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi