ABŞ Konqresinin daha bir üzvü bəyanat verdi - Xocalı soyqırımı ilə bağlı

img

28-02-2018 [10:14]


ABŞ Konqresində Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, konqres üzvü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc sakinlərin, o cümlədən qadın, uşaq və qocalar daxil olmaqla 613 nəfərin qətlə yetirildiyini vurğulayaraq, bu insanların xatirəsinin anılmasının vacibliyini qeyd edib.

V.Foks həmçinin Azərbaycanın ABŞ-ın etibarlı dostu və dəyərli tərəfdaşı olduğunu bildirərək, onun beynəlxalq terrorizmə qarşı mübarizədə hər zaman ABŞ-a dəstək olduğunu, eləcə də regional iqtisadi inkişafa töhfə verdiyini və "Yeni İpək yolu”nun bərpasında səylər göstərdiyini vurğulayıb.

Sonda Konqres üzvü Xocalı qurbanlarının xatirəsini yad edərək, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA