Həbs ediləcəyini bilən nazir ölkədən qaçdı: "Evində və nazirlikdə yoxlama aparıldı" - Rusiyada şok olay

img

27-02-2018 [19:57]


"Nazir İbrahim Qazıbəyovun evində və rəhbərlik etdiyi nazirlikdə Federal Təhlükəsizlik Xidməti tərəfindən axtarış aparılıb". 

"İnterfaks" xəbər verir ki, ancaq Rusiyanın Dağıstan Respublikasının memarlıq və mənzil-kommunal təsərrüfat naziri vəzifəsini müvəqqəti icra edən bu şəxsi nə yaşayış, nə də iş yerində tapmayıblar.

İ.Qazıbəyovun artıq ölkəni tərk etdiyi və hazırda Ukrayna ərazisində olduğu bildirilir. 

Qeyd edək ki, İ.Qazıbəyov Dağıstan Respublikasının sabiq baş naziri, hazırda həbsdə olan Abdusamad Həmidovla əlbir olaraq insanların qəzalı vəziyyətdəki mənzillərdən köçürülməsi prosesində ünvanlı proqramların icrası zamanı qiymətləri şişirtməkdə şübhəli sayılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA