ADU-da 20 Yanvar zəhidi ülvi Bünyadzadə anıldı

img

23-09-2010 [02:36]


Azərbaycan Dillər Universitetinin(ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın MİA-ya verdiyi məlumata görə, sentyabrin 23-də 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 41 illiyi münasibətilə anım mərasimi keçirildi. Mərasimdən əvvəl universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanınını ziyarət edərək, şəhidin məzarı önünə tər qərənfillər düzdülər. Tədbir ADU-da şəhidin adını daşıyan muzey-lektoriyanın qarşısında davam etdirildi. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərasimdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev və Ülvinin atası Yusif Bünyadzadə iştirak edirdi. Tədbiri Tələbə Gənclər Təşkilatı nəzdində ? Ülvi? vətənpərvər klubunun sədri, Tərcümə fakültəsinin tələbəsi Kamil Zeynalov açaraq Ülvinin vətən uğrunda göstərdiyi şücaətdən danışdı. Mərasimdə çıxış edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizədə minlərlə oğul və qızlarımızın vətən uğrunda öz canlarını fəda etmələrindən və onların şəhidlik zirvəsinə ucaldıqlarından danışdı. Prorektor bildirdi ki, Ülvi Bünyadzadənin əziz xatirəsi daim xatirələrdə canlanacaq və qəhrəmanlığı digərlərinə də nümunə olacaq: ?Ülvi Bünyadzadə heç vaxt unudulmayacaq və əbədi olaraq yaddaşlarda yaşayacaqdır. Gənc nəsil onun qəhrəmanlığından nümunə götürməlidir?. Sonra çıxış edən Fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurlu Ülvi haqqında xatirələrdən söhbət açdı. Şəhidin ADU-da təhsil alan hər bir tələbənin cəsarət nümunəsi çevriləcəyindən danışan Məhəmməd Teymurlu Ülvinin qəlblərdə əbədi yanar məşəl yandırdığını qeyd etdi. Ülvinin qəhrəmanlığından, cəsarətindən ADU-nun tələbələri də danışdı. Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Könül Yaqubova Ülvinin onun üçün qürur mənbəyi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. ? Mən fəxr edirəm ki, Ülvinin təhsil aldığı universitetdə oxuyur, onun oturduğu auditoryada dərs keçirəm?-deyə o, bildirdi. ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin 273-cü qrup tələbəsi Əmir Hacılı və 359-cu qrup tələbəsi Aytən Hüseynova Ülvinin əsgərlik xatirələrində yazdığı şeirlərini söylədilər. Mərasimin sonunda çıxış edən Ülvinin atası Yusif Bünyadzadə oğlunun uşaqlıqdan vətənə olan sevgisindən söz açdı. Azərbaycanın qəhrəman oğullar yetişdirdiyinə toxunan Yusif Bünyadzadə, Ülvinin göstərdiyi iğidliyə görə fəxr etdiyini dedi. O, universitetin rektoru, professor Səməd Seyidova və tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA