Azərbaycanda hərbi mazın körpüdən azdı: ölən və yaralananlar var

img

23-09-2010 [02:08]


Azərbaycanın Xızı rayonunda əsgərləri daşıyan hərbi maşın qəzaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinən verilən məlumata görə, hadisə bu gün saat 14.00 radələrində Sumqayıt-Giləzi yolunun 10-cu kilometirliyində, Yaşma bağları adlanan ərazidə baş verib. Əsgərləri daşıyan hərbi maşın körpünün üstündən aşıb. Nəticədə Müdafi Nazirliyinin ?N? saylı hərbi hissəsinin bir əsgəri ölüb, iki nəfər isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerinə polis əməkdaşları ilkin araşdırmalara başlayıblar. Ölən və yaralananların ad və soyadları dəqiqləşdirilir. Qəzanın səbəbləri məlum deyil. Başqa xəsarət alanların olub-olmaması hələlik bilinmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA