"Şagirdlər əlavə dərslərlə yüklənməməlidir, tədris proqramları sadələşdirilməlidir" - Təhsil nazirinin müavini

img

27-02-2018 [13:57]


"Məqsəd tədris proqramlarının sadələşdirilməsidir".

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, şagirdlərin əlavə dərslərlə yüklənməməsi onların psixoloji durumuna və sağlamlığına yaxşı təsir göstərəcək: "Təhsil Nazirliyişagirdlərin asudə vaxtlarını səmərəli keçirməsinə xüsusi diqqət yetirir. Bu əsasən məktəbdənkənar mərkəzlərdə həyata keçirilir. Həmin mərkəzlərdə şagirdlərin istirahət etməsi və asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün şərait yaradılır. Bakıda, digər şəhər və  rayonlarda 145 belə mərkəz fəaliyyət göstərir. Bu mərkəzlərdə şagirdlər istedadlarını nümayiş etdirə və gələcək peşə istiqamətlərini seçə bilərlər. Burada ekoloji tərbiyyə, texniki yaradıcılıq, incəsnət və mədəniyyət sahələri üzrə şagirdlərin bilik və bacarıqları müəyyən edilir".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA