Bayramda əfv olmayacaq - Komissiya müraciətlərə baxmağı çatdıra bilmir

img

27-02-2018 [12:44]


Əfv Məsələləri Komissiyası bu həftə yenidən toplanacaq.

Mia.az xəbər verir ki, bu barədə Modern.az-a Komissiyanın üzvü Rəşad Məcid bildirib. R.Məcid deyib ki, daxil olan müraciətlər həddindən çoxdur:

"Müraciətlər daxil olmaqda davam edir. Komissiya və Katiblik gərgin olaraq çalışır”.

Onun sözlərinə görə, növbəti əfv sərəncamının prezident tərəfindən mayda imzalanacağı gözlənilir:

"Müraciətlər çox olduğundan hamısını Novruz bayramına qədər araşdırmaq mümkün olmayacaq. Çox güman ki, əfv sərəncamı ölkə rəhbəri tərəfindən mayda imzalanacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA