27-02-2018 [12:10]
Mia.az xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Mərkəzin foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi ilə tanış olub. Sərgidə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımını, bu faciənin miqyasını əks etdirən fotolar yer alıb.
Xocalı soyqırımına həsr olunan musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun (Pierre Thilloy) "Xocalı 613” simfonik poeması təqdim edilib. Solistlər Şükür Səmədov (klarnet) və Səbinə Rakçeyeva (skripka) olub. Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin ifasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun "Azərbaycan kapriççiosu”, Qara Qarayevin "Matəm odası”, "Don Kixot” simfonik qravürlərindən "Səyahət” fraqmenti, Asəf Zeynallının "Muğamsayağı” (skripkada Ceyla Seyidovanın solistliyi ilə), amerikalı bəstəkar Samuel Barberin "Adajio” əsərləri səsləndirilib.
Pyer Tiloyun "Xocalı 613” simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə ithaf olunub. Əsər qərb klassik musiqisi və "Laçın”, "Sarı gəlin” mahnıları da daxil olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini çatdırır. "Xocalı 613” simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış ifadə edir.
Qeyd edək ki, musiqi gecəsindən əvvəl Pyer Tiloy simfonik poeması ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb: "Xocalı 613” mənə ən uyğun əsər adı kimi göründü. Çünki Xocalı şəhərin adı, 613 isə qurbanların sayıdır”. Azərbaycana 20 ildir gəlib-getdiyini bildirən bəstəkar bu mövzuya təsadüfi müraciət etmədiyini söyləyib. "Ölkənizlə yaxından maraqlanıram və Azərbaycanda dostlarımın sayı get-gedə çoxalır. İnsan dostlarının həm sevincini, həm də kədərini bölüşür, onların kədərini özündə daşıyır. Hər zaman azərbaycanlı dostlarım mənimlə Xocalı barədə düşüncələrini bölüşəndə öz-özümdən soruşurdum ki, nə edə bilərəm. Bilirdim ki, Avropa musiqi mühitində bu mövzu, demək olar ki, heç tanınmır, Xocalı barədə məlumat çox azdır. Düşündüm ki, musiqi ən uyğun yoldur”, - deyə Pyer Tiloy söyləyib.
Bəstəkar Xocalı soyqırımı barədə məlumat alarkən təsirləndiyini və bu faciəyə əsər həsr etmək qərarına gəldiyini bildirib: "Mən Azərbaycana ilk səfərlərimin birində fotosərgidə iştirak etdim və orada balaca bir uşaq şəkli gördüm. Onun kim olduğunu soruşduqda həmin uşağın məcburi köçkün olduğunu dedilər. Mən o zaman məcburi köçkünləri olan bir ölkəyə səfər etdiyimi başa düşdüm. Ondan sonra araşdırmaya başladım, bu müharibə haqda bir çox məlumatlar əldə etdim. 1992-ci ildə mənim 22 yaşım vardı, beynəlxalq siyasətlə maraqlanırdım, amma Xocalı soyqırımı haqqında heç nə eşitməmişdim. Fikirləşdim ki, belə qətliamın üzərindən sükutla keçilməsi ədalətsizlik olar və bu barədə əsər yazmağı qərarlaşdırdım”.
Xatırladaq ki, "Xocalı 613” əsərinin premyerası 2013-cü il fevralın 21-də Parisdə olub. Daha sonra əsər London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin, Oslo və digər şəhərlərdə təqdim edilib. Heydər Əliyev Mərkəzində səsləndirilən klassik musiqini dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimai xadimlər, Xocalı şahidləri dinləyiblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi