27-02-2018 [10:21]
Mövzularla bağlı diskursiyanı açıq elan edən Rufiz Qonaqov bildirib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları məhz Sumqayıt hadisələri ilə başlamışdır. Məkirli ermənilər bu iddiaya başlamazdan əvvəl ilk növbədə azərbaycanlıları öz tarixi torpaqlarından deportasiya etməyə başlamış, elə bu ərəfədə digər bir təxribat- 1988-ci il 22 fevral tarixində Ağdam-Əsgəran yolunda Əli Hacıyev və Bəxtiyar Quliyevin öldürülməsi azərbaycanlılara ağıq təsir etmişdir. Münaqişənin ilk qurbanları gələcəkdə azərbaycanlılara qarşı törədiləcək kütləvi terror aktlarının xəbərçiləri idi. Rufiz Qonaqov vurğulayıb ki, Sumqayıt hadisələri xaricdən idarə olunan xüsusi təyinatlı orqanların törətdiyi bir cinayət idi ki, erməni adı altında baş verən bu təxribat Ermənistanın Azərbaycana qarşı yürütdüyü separatçı siyasətin əsasını təşkil edir.
Millət vəkili Eman Nəsirov tarixi faktlara əsasən çıxış edərək diqqətə çatdırıb ki, Sumqayıt hadisələri birbaşa Ermənistan rəhbərliyi, Sovet İttifaqı rəhbərliyi, Sovet İttifaqı Dövlət Təhlükəsizliyi Komitəsinin təşkilatçılığı ilə həyata keçirilmiş xüsusi və düşünülmüş bir təxribatdır. Dağlıq Qarabağı işğal etmək üçün bir əsas lazım idi. Bu iddianı həyata keçirtmək üçün ən mühüm amil kimi sübut etməyə çalışırdılar ki, azərbaycanlılarla ermənilər bir arada dinc şəkildə yaşaya bilməzlər və nəhayət belə bir təxribat törədilməlidir. Birləşmiş qüvvələrin strateji məqsədi Azərbaycanın işğalı, Sumqayıt təxribatı isə həmin işğalı həyata keçirtmək üçün bu "mühüm əsası” yaratmalıydı deyə Eman Nəsirov qeyd edib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadə hadisələri uzun illər planlaşdırılmış ssenari kimi dəyərləndirərək bildirib ki, bu planlar Moskvanın, M.S.Qarbaçov siyasətinin ilk addmları idi.
"Bu hadisələrin arxasında tarix boyu Azərbaycana qarşı davamlı həyata keçirilən etnik separatçılıq dayanırdı”- deyə siyasi şərhçi Aydın Quliyev vurğulayıb. O, qeyd edib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən geniş miqyaslı terror aktları Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bir dəfəlik dayandırılıb.
Veriliş boyu müzakirələrdə xüsusi diqqətə çatdırılıb ki, hadisələr baş verməzdən əvvəl rus və erməni jurnalistlərin Sumqayıta gəlməsi və düşünülmüş təxribatın istədikləri kimi işıqlandırılması, bu məkirli siyasətin nəyə əsas verdiyini sübuta yetirir. Bütün məsələlərdə olduğu kimi ermənilər tarixi təhrif edərək, öz planlarına uyğun şəkildə bu hadisələri də dünyaya çatdırmağa çalışıblar. Sumqayıt hadisələrindən 30 il keçməsinə baxmayaraq onun qaranlıq məqamları hələ dəqalmaqdadır. Nəticədə onu görmək olur ki, ermənilər öz çirkin niyyətlərindən bu cür qarışıq məqamlarda bütün dövrlərdə istifadə ediblər. Və bunun da kökündə tarix boyu göz qoyduqları Azərbaycan torpaqlarının işğalını təxribatçı əməlləri ilə ört-bastır etmək niyyəti dayanır. Belə vəziyyətlərdən yararlanan bu xalq görünür, nə qədər qanlı proseslərə imza atıb ki, bu da strateji erməni təxribatlarının tərkib hissəsindən biridir.
"Bizim Planet” verilişində diqqətə çatdırılan digər mövzu isə tarixi faciəmiz olan Xocalı soyqırımı idi. Bildirilib ki, Xocalı soyqırımı- erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətdir. Bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətlərdən hesab olunan Xocalı faciəsindən 26 il ötür. Soyqırımın tanıdılması və bu faciəyə beynəlxalq səviyyədə siyasi qiymətin verilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılıb. Heydər Əliyev tərəfindən Xocalıyla bağlı sənədlərin BMT sədrinə ünvanlanması ilə bu terror aktı ilk dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. Həmin siyasət illər sonra Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış olan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində lazımınca davam etdirilir. Dövlətimizin apardığı beynəlxaq siyasət sübut etməyə çalışır ki bu genosid təkcə Azərbaycan xalqına qarşı deyil, bütün dünya üçün həyata keçirilən bir cinayətdir. Buna görə də dünya ictimaiyyəti artıq dərk etməlidir ki, Erməsitan dövləti və onun həyata keçidiyi separatçı siyasətin qarşısı alınmalıdır.
Bildirilib ki, beynəlxalq tribunalarda bu gün Ermənistan hakimiyyətinə başçılıq edən şəxslər həmin terror aktını törədən cinayətkar qrupun başında dayanır. Buna görə də dünya birliyi Ermənistanın əsil iç üzünü tanıyıb, buna əsasən qərar verməlidir. Avropa separatizmlə mübarizə apardığı bir dövrdə necə ola bilər ki bu separatçı qrupla dostluq etsin?
BMT-nin 4 əsas qətnaməsi, İƏT-in çoxsaylı sənədləri və digər beynəlxalq təşkilatların saysız-hesabsız qətnamələri Ermənistanı cinayətkar bir dövlət kimi tanıyıb. Lakin hələ də bu cinayəti törədənlər haqqında beynəlxalq arenada lazımi hüquqi cavab verilməyib. Buna baxmayaraq Azərbaycan dövləti bu cinayətə qarşı öz haqlı mövqeyindən çəkilmədən mübarizə aparmaqda davam edir. Bu siyasətin gec olmadan öz ədalət yerini tapacağına şübhə yoxdur. Çünki güclənməkdən olan Azərbaycan dövlətinin əksinə, məhvə doğru sürüklənən Ermənistan öz daxili və xarici siyasəyinin süqutunu dərk etməkdədir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi