Vəkillər Kollegiyasında tədbir keçirilib - Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı

img

26-02-2018 [23:53]


 Vəkillər Kollegiyasının Rəyasət Heyətində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.

Vəkillər Kollegiyasından Mia.az-a verilən məlumata görə, tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilmiş hadisələr barədə ətraflı məlumat verib. O, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edib.

Bundan əlavə, tədbirdə Xocalı soyqırımı qurbanlarının hüquqlarının müdafiəsi məsələsinə də toxunulub, vəkillər tərəfindən bu şəxslərə əvəzsiz hüquqi yardım göstərilməsi təklif olunub.

Tədbirdə Xocalı faciəsi ilə bağlı film nümayiş etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA