Ərdoğan "Bu yaşda özünüzü sağlam hiss edirsiniz?" sualını verən jurnalistə belə cavab verdi: "Sən necə görürsən ki?"

img

26-02-2018 [17:59]


Türkiyə prezidenti Ərdoğan bu gün Afrika ölkələrinə səfərə çıxıb.

Mia.az xəbər verir ki, o, səfər qabağı hava limanında mətbuat konfransı keçirib.

Konfransda Daxili işlər naziri Süleyman Soylunun bir neçə gün əvvəl toplantıların birində xalqa xitabən "haqqınızı halal edin. Bəlkə bu son görüşümüz oldu" bəyanatı xatırladılaraq, Ərdoğana onun istefaya göndərilib-göndərilməyəcyi haqda sual verilib.

Prezident bildirib ki, belə xəbərləri yayanlar sosial şəbəkədəki trollardır: "Bu xəbərlərin heç bir əsası yoxdur. Süleyman Soylu vəzifəsinin başındadır".

Daha sonra jurnalistlərdən biri "64 yaşında özünüzü sağlam hiss edirsinizmi" deyə prezidentə sual verib. Ərdoğan isə cavabında "sən oradan məni necə görürsən" deyib. Jurnalist "Çox sağlam" deyə cavab verib.

Bundan sonra Ərdoğan gülə-gülə "Əgər bu gün səfərə çıxıramsa, demək ki, sağlamlığımda heç bir problem yoxdur" deyib.

Sonda doğum günü olan Ərdoğanın şərəfinə tort kəsilib.

Mia.az
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA