26-02-2018 [14:36]
"Dünyada haqq-ədalət olacaqsa, Xocalı soyqırımını edənlər də cəzalarını almalıdır. Bu cinayəti onlar törətdilər. Ona görə də insanlıq əleyhinə olan bu cinayətə qiymət verilməlidir”.
Mia.az xəbər verir ki, bunu prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xocalı soyqırımının 26- cı ildönümü ilə bağlı Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan dövləti ermənilərin törətdiyi bu qətliamı dünyaya tanıtdırmaq üçün çalışır: "10-dan çox ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı qərarlar verilib. Əlbəttə, bu qətliamın tanınması zaman tələb edir. Amma hesab edirik ki, dünyada ədalət və haqq olacaqsa, bu cinayəti törədənlər də cəzasını alacaq. Çünki bir gecə azərbaycanlılar azərbaycanlı və türk olduğu üçün qətl ediliblər. Burada məqsəd həmin torpaqlardan azərbaycanlıların çıxarılması və yerində arzuladıqları Böyük Ermənistan dövlətinin qurulması istəyi olub. Torpaq iddiasına görə bir xalqın mənsublarını uşaq, qadın, yaşlı bilmədən qətl etdilər”.
Ə. Həsənov həmçinin Hollandiya təmsilçilər Məclisinin 1915- cı il qondarma erməni soyqırımını tanıması ilə bağlı qərarına da münasibət bildirib . Onun sözlərinə görə, parlamentlər soyqırımla bağlı qərarlar qəbul etməzdən əvvəl araşdırmalar aparmalıdır: "Tarixdə erməni soyqırımı olmayıb. Bu uydurma bir tələbdir və bu tələbi 100 ildir ki, emənilər irəli sürür. Türk xalqından təzminat almaq üçün onu etmədiyi bir şeylə təqsirləndirərək üzərinə gedirlər. Təəssüf edirik ki, dünyanın əksər dövlətləri bu məsələni araşdırmadan qərarlar qəbul edirlər. Bu qərarları biz etiraz edirik. Olmayan bir şeyə görə Türkiyəni günahlandırmaq keçirilən səsvermənin ədalətsizliyidir. Türklərin 100 il əvvəl soyqırım etdiyini deyənlər əvvəlcə arxivləri araşdırsınlar. Tarixçilər də bu məsələni araşdırsın. Onlar nə qərar verəcəksə, biz də onu qəbul edəcəyik. Ancaq bunu etmək istəmirlər, çünki belə bir soyqırım olmayıb”.
Ə. Həsənov Türkiyənin Afrin bölgəsində həyata keçirdiyi "Zeytun dalı” əməliyyatına da münasibət bildirib.
O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər çıxışında bildirir ki, "Türkiyə Afrinə girərkən də, başqa hərbi əməliyyatlar həyata keçirən zaman da heç kimin torpağına göz dikməyib. Amma Türk xalqına olan basqılar, Türkiyənin bütövlüyünə yönələn təhdidlər, onun ərazi bütövlüyünü və xalqın birliyini pozmaq istəyən terroristlərə qarşı Türkiyə dövləti amansız olub və belə də davam edəcək”. Biz də gücümüzün çatdığı qədər Türk dövlətinin yanında olacağıq. Biz Azərbaycan dövləti olaraq da bildirdik ki, Afrində həyata keçirilən əməliyyat Türkiyənin təhlükəsizliyi anlamında onun haqqıdır. Bu, Suriyanın torpağını ələ keçirmək , Afrini işğal etmək məqsədini daşımır. Orada Türkiyənin bütövlüyünə , təhlükəsizliyinə təhdid yaradan güclərə qarşı əməliyyat həyata keçirilir. Bu təhdidlər bitdikdən sonra Türkiyə yenə öz sərhədləri daxilində fəaliyyətini davam etdirəcək. Buna görə də Türkiyəni günahlandırmaq ədalətsizlikdir”.
O vurğulayıb ki, Türkiyə və Azərbaycan dostluğu əbədidir: "Bunun təməlini öndərlərimiz qoyub. Böyük Atatürk "Azərbaycanın sevinci, Türkiyənin sevinci, kədəri isə Türkiyənin kədəridir” deyib. Azərbaycanın lideri Heydər Əliyev də "Biz tək millət, iki dövlətik " deyib. Bizim taleyimiz eynidir, kədərimiz və sevincimiz də eynidir. Azərbaycan və Türkiyə birlikdə olanda daha güclüdür. Biz bu dostluğu qorumaq üçün əlimizdən gələni edəcəyik. Kim bu xalqların arasına girəcəksə, o zaman üzüləcəkdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi