DAK idarə Heyətinin iranda həbs olunan üzvü azadlığa çıxdı

img

23-09-2010 [11:16]


Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının icraçı direktoru, fəlsəfə doktoru Eliza İsmayılova azadlığa buraxılıb. DAK mətbuat xidmətindən verilən məlumata görə, Eliza İsmayılova sentyabrın 10-da müalicə məqsədi ilə yaxın qohumları ilə birgə Tehrana gedib. Daha sonra müalicə kursunu davam etdirmək üçün Təbrizə qohumlarının yanına gedib. Sentyabrın 22-də səhər saatlarında İran xüsusi xidmət orqanları Eliza İsmayılovanı və qayınatası Əli Həsənzadəni özləri ilə bərabər aparıblar. Səbəb göstəriblər ki, Eliza xanımın pasport şəkli ilə özü düz gəlmir. 3-4 saat sorğu-sual aparılıb. Təbrizdəki konsulluğumuzun, Azərbaycan Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra o, dünən axşam azadlığa buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA