Kollecdə "Xocalısız 26 il" mövzusunda anım tədbiri keçirilib - FOTOLAR

img

26-02-2018 [12:48]


Bakı Biznes və Kooperasiya Kollecində Xocalı faciəsinin ildönümü ilə əlaqədar soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş "Xocalısız 26 il" adlı anım tədbiri keçirilib. 

Mia.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. 

Daha sonra Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin tarix müəllimi Ramil Kazımov video çarx vasitəsi ilə tədbir iştirakçılarına Xocalı soyqırımının səbəbləri, həyata keçirilmə üsulları və nəticələri, Milli Qəhrəmanlarımız Əlif Hacıyev, Tofiq Hüseynov və Çingiz Mustafayev haqqında ətraflı məlumat verib. 

Kollecin dil və ədəbiyyat muəllimi Ruhəngiz Yusifovanın və tələbələrin ifasında Xocalıya həsr olunmuş şerlər səsləndirilib, faciə qurbanlarından bəhs edən səhnəciklər nümayiş etdirilib.

Anım mərasimi Xocalı həqiqətlərindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb. 








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA