42 yaşlı qadın sosial şəbəkədə kişi ilə tanış oldu, intim şəkillərini göndərdi və... - Bakıda daha bir şok olay

img

25-02-2018 [21:41]


Bakının Yasamal rayonunda qadın intim şəkilləri ilə şantaj edilib.

Publika.az xəbər verir ki, Bakı şəhər sakini, 42 yaşlı S.M (ad və soyad şərti verilib – red.) sosial şəbəkələrdən birində Elman adlı şəxslə tanış olub.

Onlar bir neçə vaxt sosial şəbəkədə danışandan sonra münasibətləri istiləşib. Bundan sonra onlar sosial şəbəkədə həm görüntülü danışıblar, həm də bir-birlərinə intim şəkillərini göndəriblər.

Bundan sonra Elman adlı şəxs Samirə Mustafayevanın şəxsi həyatı ilə bağlı məlumatlar əldə edib.

Samirə Mustafayeva ilə bağlı məlumatlar əldə edən Elman onu şantaj etməyə başlayıb. Qadından pul tələb edən Elman əks təqdirdə onunla olan görüntülü danışığının videosunu və göndərdiyi şəkilləri sosial şəbəkədə yayacağı ilə hədələyib.

Bu hədələrlə o, Samirə Mustafayevadan iki dəfəyə 100 manat alıb.

Sonuncu dəfə Elman Samirə Mustafayevadan 500 manat verməsini tələb edib.

Qadın şantaj olunması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 41 yaşlı qadını şantaj edən Elman Bəşirov həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA