Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentini qəbul edib - FOTO

img

25-02-2018 [18:05]


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro Azərbaycanda yəhudi icmasının nümayəndələri üçün çox yaxşı şəraitin yaradıldığını qeyd edərək, bunun digər ölkələrə də nümunə olduğunu vurğulayıb.

Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüşlərin ənənəvi xarakter daşıdığını bildirən Prezident İlham Əliyev bu görüşlərin səmərəli olduğunu qeyd edib. Dövlət başçısı ölkəmizdə digər xalqların və icmaların nümayəndələri kimi yəhudi icmasının nümayəndələrinin də azad və firavanlıq şəraitində yaşaması üçün hər cür şəraitin təmin edildiyini bildirib. 

Prezident İlham Əliyev qeyd edib ki, yəhudi icmasının nümayəndələri Azərbaycan cəmiyyətinin fəal üzvləridirlər, öz ənənələrinə sadiqdirlər və ölkəmizin inkişafı, eləcə də Azərbaycan həqiqətlərinin dünyada yayılması işinə öz töhfələrini verirlər.

Dövlət başçısı bu gün Azərbaycanda multikulturalizmin və tolerantlığın hökm sürdüyünü və bu mühitin ölkəmizdə yaşayış norması olduğunu vurğulayıb.

Söhbət zamanı Azərbaycan-ABŞ və Azərbaycan-İsrail əlaqələrinin inkişafından razılıq ifadə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA