"Torpaqlarımızın geri qaytarılmasını, Xocalının soyqırım olaraq tanınmasını istəyirik" - Avropada aksiya + FOTOLAR

img

25-02-2018 [17:17]


Avstriyanın paytaxtı Vyana şəhərində "Xocalıya ədalət” aksiyası keçirilib.

Qraben küçəsində keçirilən aksiyaya çoxlu sayda həmvətənimiz və türklər qatılıb.

Tədbirin təşkilatçısı Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş Dağlıq Qarabağda yaşanan zülmün bəşəriyyətin gözləri önündə baş verdiyinə və hal-hazırda Avropa başda olmaqla bəynəlxalq ictimaiyyətin məsələnin həlli istiqamətində ədalətli mövqe nümayiş etdirmədiyinə diqqət çəkib.

"Biz ədalət istəyirik, torpaqlarımızın geri qaytarılmasını istəyirik. Xocalının soyqırım olaraq tanınmasını istəyirik. Xocalıda şəhid edilən vətəndaşlarımızın haqlarının verilməsini istəyirik”, – Günəş bildirib/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA