Seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlandı - Prezident seçkiləri

img

25-02-2018 [13:07]


Bu gündən Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə start verilib.

Bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd edilir.

Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dən martın 17-dək verilir.

Qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi məntəqə seçki komissiyaları tərəfindən isə səsvermə gününə 24-3 gün qalanadək, yəni 2018-ci il martın 18-dən aprelin 8-dək verilir.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA