BMT Təhlükəsizlik Şurası qərar verdi - Suriyada 30 günlük atəşkəs olacaq

img

25-02-2018 [10:32]


BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib

"RİA Novosti"nin verdiyi xəbərə görə, sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir. 

Sənədə əsasən, atəşkəs rejimi İŞİD, "Cəbhə ən Nüsrə” və "Əl Qaidə” kimi terror təşkilatlarına və onlarla əlaqəli qruplaşmalara şamil edilmir/APA.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA