Gənclərin təqaüdü 150 manat oldu - Sərəncam

img

24-02-2018 [11:37]


Naxçıvan Muxtar Respublikası gənc istedadlarının "Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 150 manat müəyyən edilib.

Mia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 25 sentyabr tarixli 151-04/S nömrəli sərəncamının 2-ci hissəsində "120” rəqəmləri müvafiq olaraq "150” rəqəmləri ilə əvəz edilir.

Naxçıvan MuxtarRespublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA