23-02-2018 [16:10]
Azərbaycanın Milli qəhrəmanlarının görüşü keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət, igidlik və rəşadət nümunələri göstərmiş Milli qəhrəmanlarımız ölkəmizin yaxın tarixinə nəzər salaraq, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən danışıblar.
Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımıza nəsib olmuş azadlığın yüksəkliyində dayana bilməyən ozamanki hakimiyyət tarixin millətimizə bəxş etdiyi bu əvəzsiz sərvəti nə lazımınca qiymətləndirə, nə də onu qoruyub saxlanmaq iqtidarında olublar. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin naşılığı və bacarıqsızlığı üzündən yaranan fəlakətli vəziyyət xalqımızı ağlasığmaz məhrumiyyətlərə düçar edib.
1991-1993-cü illər nəinki dövlətimizin müstəqillik tarixində itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan "olum, ya ölüm” seçimi qarşısında qalıb. Ölkədə yaranmış xaos, anarxiya və hərc-mərclikdən məharətlə istifadə edən erməni işğalçıları xarici havadarlarının dəstəyi ilə əzəli və tarixi torpaqlarımızı qəsb edir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə gətirib çıxarıb. Xalqımız belə bir ümidsiz vəziyyətdə imdad dolu nəzərlərini dahi şəxsiyyət Heydər Əliyevə dikib.
Bu çətin məqamda ulu öndərimiz Heydər Əliyev həmişə olduğu kimi, xalqının harayına çataraq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanda az bir zamanda mürəkkəb, ziddiyyətli, son dərəcə gərgin hadisələri öz dühası və müdrikliyi ilə yoluna qoymuş, dövlətçiliyimizi məhv olmaqdan xilas edib. Ümummilli Liderin qətiyyəti, yenilməz iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan vətəndaş müharibəsi, qardaş qırğını, dövlət çevrilişləri girdabından qurtularaq, müstəqilliyini qorumuş, respublikamız intibaha qovuşub.
Milli qəhrəmanlar bildiriblər ki, bu gün ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik xəttini uğurla davam etdirən möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan mübaliğəsiz öz tarixinin ən güclü dövrünü - ictimai-siyasi sabitlik, sosial-iqtisadi yüksəliş və təhlükəsizlik şəraitində yaşayır. Möhtərəm Prezident cənab İlham Əliyevin ölçülüb-biçilmiş və düşünülmüş müstəqil dövlətçilik strategiyası, milli mənafelərə xidmət edən, son dərəcə cəsarətli daxili və xarici siyasət kursu sayəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası bütün çətinliklərə mətanətlə sinə gərir, sınaqlardan dəyanətlə çıxır, öz tərəqqi xəttini, hər bir sahədə sabitliyi, yüksək iqtisadi inkişaf tempini qoruyub saxlaya bilir. Bunun nəticəsidir ki, Azərbaycanda xalq-iqtidar həmrəyliyi gündən-günə daha da möhkəmlənir, ölkəmizin beynəlxalq nüfuzu və mövqeləri getdikcə güclənir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin misilsiz səyləri ilə respublikanın müdafiə qabiliyyətinin durmadan artdığını vurğulayan Milli qəhrəmanlar Silahlı Qüvvələrin hərbi-texniki potensialının yüksəldilməsi nəticəsində Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından birinə çevrildiyini bildiriblər. Milli qəhrəmanlar qeyd ediblər ki, işğal olunmuş ərazilərimizin möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə tam azad ediləcəyi gün heç də uzaqda deyil: "Biz hamımız bir əsgər olaraq dövlətimizin başçısının ölkəmizin ərazi bütövlüyünün təmin olunması barədə hücum əmrinə tam hazırıq. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu rəşadətli döyüş əməliyyatı ilə bu hazırlığı bir daha təsdiq etmişdir".
Milli qəhrəmanlar xüsusi vurğulayıblar ki, möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən Vətən, dövlət, xalq, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərmiş Milli qəhrəmanlara, habelə müharibə əlillərinə, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının 2018-ci il fevralın 20-də imzaladığı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı Sərəncam buna əyani sübutdur.
Milli qəhrəmanlar bildiriblər ki, möhtərəm Prezident cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək, dövlətimizin başçısının Azərbaycanın müstəqilliyinin qorunması və tərəqqisi istiqamətində bütün səylərinin uğurla həyata keçirilməsində daim ön sırada olacaqlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi