23-02-2018 [10:48]
"Neftçi”nin əfsanəvi futbolçusu Eduard Markarov "Vestnik Kafkaza"a müsahibə verib. Mia.az həmin müsahibəni təqdim edir:
- Sizin əfsanəvi – Anatoli Banişevski – Eduard Markarov və Kazbek Tuayev üçlüyü haqqında soruşmaq istəyirik. SSRİ-də ən yaxşı hücumçular idiniz. Uğurunuzun sirri nədə idi?
- Böyük bir sirr yoxdur. Ən başlıcası bir-birimizi başa düşmək idi. Futbol ayaqla yox, ağılla oynanılır. Hətta mən onu şahmatla eyniləşdirərdim. Çünki şahmatda da və futbolda da bir neçə gedişi əvvəlcədən düşünürsən. Bizim yaxşı oyunumuz var idi. Bilirdik ki, hansı epizodda nə etmək lazımdır. Banişevski sovet futbolunun əfsanələrindən biridir. Banişevski və Tuayev sırf hücumçular idi. Onlara qədər Adamas Qolodets və Yuriy Kuznetsov olublar. Bu adlarını sadaladıqlarım oynadıqları mövqelərdə individual olaraq seçiliblər. Kazbek bizdən böyük idi və çox yaxşı futbolçu idi. Banişevski hər zaman qol vurmaq üçün özünə düzgün yer seçirdi. Öz növbəmdə mən də Kazbeklə Banişevskinin yaxşı tərəflərini bilirdim. Qolodets və Kuznetsov gedəndə mən Kuznetsovun mövqeyində oynamağa başladım. Komanda Qolodets və Kuznetsovsuz qalanda Banişevski lazım idi. Tolik irəli keçdi. Yaxşı oyun sayəsində rəqiblər bizimlə oyunlarda çətinlik çəkirdi. Bununla yanaşı rəqibin hər addımını bilirdik, öyrənirdik və ona görə çalışırdıq ki, istifadə edək. Bizim üçlüyümüz çox maraqlı idi. Ona görə də həmin dövrün ən yaxşı hücumçuları sayılırdıq.
- Azarkeşlər sizi çox mehriban kollektiv bilirdi. Daxildə ab-hava necə idi?
- Bizdə sağlam, yaxşı kollektiv var idi. Gənclər çox olsa da, yaşlı oyunçular da çıxış edirdi. Heç bir təzyiq yox idi. "Neftçi”nin çox maraqlı heyəti var idi. Burada özümüzü həm futbolçu, həm insan kimi nəzərdə tuturam. Kuznetsova minnətdaram ki, mənə düşünməyi öyrətdi. Çünki Banişevski kimi komandaya "xam" gəlmişdim. Çünki biz qol vurub davamını düşünə bilmirdik.
- Anatoli Banişevski komandaya necə gəldi?
- Tolik gələndə mən 5 il idi ki, əsas heyətdə idim. O isə ikinci heyətə düşdü. Banişevski əvəzedici heyətdə oynamağa başladı. Hansı ki, hamı həmin vaxt o mərhələni keçirdi. Özünü yaxşı tərəfdən göstərdi və qollar vurdu. Sürətli idi. Əsas üstünlüyü o idi ki, başla fərqlənə bilirdi və "ikinci mərtəbə”də yaxşı oynayırdı. Bunu tez gördülər. Qolodots və Kuznetsov karyeralarını bitirdilər. Mən Kazbeklə birlikdə oynayırdım və Banişevski də bizə qoşuldu. Həmin vaxt mən arxaya keçib pleymeyker kimi oynamağa başladım. Tolik və Kazbek isə sırf hücumçu olaraq meydana çıxırdılar. Milli komandaya düşmək üçün özünü göstərmək lazım idi. Tolik özünü ən yaxşı tərəfdən göstərə bildi və sovet futbolunun ən yaxşı forvardlarından biri idi. Sovet futbolunda olan hücumçular siyahısında ön yerlərdə idi.
- O, komandaya tez öyrəşdi?
- Çox tez. Hamıda belə olmurdu. Çünki kollektiv hamını tez qəbul etmirdi. Tolik yaxşı keyfiyyətlərə malik insan olduğu üçün erkən adaptasiya oldu.
- "Neftçi” Sovet Birliyinin ən yaxşı məşqçiləri ilə çalışıb. Onlardan hansı komandanın inkişafı üçün daha çox iş görüb?
- Fikrimcə, ən yaxşısı Boris Arkadev idi. Onun rəhbərliyində mən təkcə komandaya daxil olmadım, həm də yaxşı uşaqlar tanıdım. Arkadev gələcəyi yaxşı görürdü. Əvvəlcədən bilirdi ki, kim gələcəkdə necə futbolçu olacaq? Hər şey onunla başladı. Sonra Ələkbər Məmmədov, Vasiliy Sokolov və əlbəttə ki, Əhməd Ələsgərov gəldi. Unudulmayacaq məşqçilərdir.
- Bakı üçün darıxırsız?
- Darıxıram. Mən Bakıda doğulmuşam və 29 il orada yaşamışam. 29 yaşda bir komandadan digərinə keçmək elə də asan olmayıb. Sovet dövründə 25-26 yaşında birini artıq böyümüş hesab edirdilər. İndi isə fərqlidir. 2009-da Ermənistandan Bakıya nümayəndə heyəti gəldi. Mən orada iştirak etdim və doğma şəhəri- Bakını tanımadım. Şəhər çox xoşuma gəldi. Bizi prezident İlham Əliyev qəbul elədi. Nümayəndə heyətini ona təqdim edirdilər. Sıra mənə çatanda İlham Əliyev dedi ki, "Markarovu mənə təqdim etmək lazım deyil, onu yaxşı tanıyırıq. Markarov iki respublikanın əfsanəsidir”. Biz bütün mövzularda danışandan sonra foto çəkdirdik. İlham Əliyev məni yanına çağırıb fotoqrafa dedi ki, bizim ikimizi çək. Məndə həm ümumi, həm prezidentlə ayrıca şəkil var. Onda bizi yaxşı qəbul etdilər. Mənim yaşadığım evi göstərdilər. Sözünü açığı, həmin evi tanımazdım. Bakını çox bəyəndim.
- Azərbaycan futbolu sizə nə verdi?
- Azərbaycan futbolu mənə çox şey verdi. Azərbaycan futbolu məni futbolçu etdi. 29 yaşımda İrəvana köçüb "Ararat”da oynamağa başladım. Bu da yaşlı futbolçu üçün ciddi addım idi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi