Sabahdan ölkədə hava soyuyacaq, Bakıda isə yağız yağacaq

img

22-09-2010 [01:33]


Sabahdan ölkə ərazisində yenidən havalar nisbətən soyuyacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də dəyişkən buludlu, yağmursuz hava olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru arabir güclənəcək. Havanın temperaturu gecə 16-18?, günün birinci yarısında 28-32?, günün ikinci yarısında 25?-dək enəcək. Sentyabrın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 14-17?, gündüz 21-24? olacaq. Sentyabrın 25-də də buludlu hava şəraiti davam edəcək. Havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15?, gündüz 22-25? təşkil edəcək. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava müşahidə edilsə də, axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi gündüz qərb küləyi əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21?, gündüz 28-33?, dağlarda gecə 10-14?, gündüz 18-23? olacaq. Sentyabrın 24-25-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Ayın 25-də gündüz yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, 25-də şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17?, gündüz 21-25?, dağlarda gecə 7-10?, gündüz 12-17? təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA