21-02-2018 [11:19]
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərdən sənəd qəbuluna fevralın 20-də start verilib.
Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərini MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.
MSK indiyədək 13 nəfərin prezidentliyə namizədlyinin irəli sürüldüyünü təsdiqləyib.
Bəs namizədliyini irəli sürənlər imzatoplama kampaniyasına başlayıbmı?
Mia.az xəbər verir ki, Modern.az saytı bu sualla prezidentliyə namizədliyini irəli sürən bir neçə şəxsə müraciət edib.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə:
"Artıq üç gündür, imzatoplama kampaniyasına başlamışıq. Lakin nə qədər imza topladığımızla bağlı məlumat verə bilmərik. Nümayəndələrimiz rayonlardadır və imzaları toplayırlar. Bu istiqamətdə hər hansı problemimiz yoxdur”.
Hüquqşünas Anar Umudov:
"Hardasa bir neçə gündür, biz də imzatoplama kampaniyasına başlamışıq. Cənub, şimal kimi müxtəlif bölgələrdə, həmçinin Bakı şəhərində imzalar toplanır. Çünki əsas şərtlərdən biri 60 dairəni əhatə etməkdir. Ona görə də çalışırıq ki, bütün dairələri əhatə edək. Bu istiqamətdə heç bir çətinlik yoxdur, hər şey normal qaydada gedir. Düzdür, hər cür insan var. Bəziləri imzaları canfəşanlıqla versələr də, bəzilərində əksini müşahidə edirik. Yəni müxtəlif yanaşmalar mövcuddur. Bu da anlaşılandır”.
Namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev:
"Dünəndən imzatoplama kampaniyası başlayıb. 70 seçki dairəsi müəyyənləşdirmişik, könüllülər ezam edilib və edilməkdədir. Mənə belə gəlir ki, bu gün beş minə kimi imza toplana biləcək. Hələ ki, maneçiliklə qarşılaşmamışıq. Sadəcə, insanlar özləri könülsüz və həvəssizdir, bu da təbiidir. Çünki, seçki mədəniyyəti tam formalaşmamış ölkə sırasındayıq və bu məsələdə xalq günahsızdır.
Xalqda və ölkədə seçki mədəniyyəti formalaşdırmaq siyasi partiya və təşkilatlardan asılı məsələdir. Biri boykot deyir, biri iştirak, biri söyüş söyür, biri inamsızlıq yaradır, bu da təbii ki, xalqın əhval-ruhiyyəsinə təsirsiz ötüşmür. Seçki təbliğatı dövründə bunu tam dəyişəcəyimizə inanıram”.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev:
"İmzatoplama kampaniyasına artıq üç gündür ki, başlamışıq. Nə qədər imzaların toplandığı barəsində hələ ki məlumatlar daxil olmayıb. Yəqin ki, həftənin sonu ilkin məlumatlar olacaq. Lakin imzatoplama ilə bağlı hər hansı problemin olduğu barəsində partiyanın Mərkəzi Seçki Qərargahına məlumat daxil olmayıb”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:
"Dünən rayon təşkilat sədrləri Bakıya dəvət edilmişdi. Səlahiyyətli nümayəndələrimiz, o cümlədən Bakı Seçki Qərargahı rəisinin iştirakı ilə təlimatımızı verdik. İmza vərəqələrini hər bir rayon üzrə bölüşdürə bilmişik. Düşünürəm ki, 10-12 günə imzalarımızı toplayıb Mərkəzi Seçki Komissiyasına vaxtında təhvil verəcəyik”.
AĞ Partiya başqanı Tural Abbaslı:
"Demək olar ki, 4-5 gündür, imzatoplama kampaniyasına başlamışıq. Bütün regionları, dairələri əhatə etməyə çalışırıq. Həm də 40 mindən çox imza toplamalıyıq. Çalışırıq toplayaq, lakin işlər ağır gedir. Bir az regionlarda problemlər yaranır. İnsanların çoxu qorxur və imza vermək istəmirlər. "Başımızı ağrıtmaq istəmirik” kimi yanaşmalar da var. Bütün çətinliklərə baxmayaraq işlərimiz davam edir”.
Xatırladaq ki, növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər hələ ki bunlardır:
Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Fərəc Quliyev - prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;
Asif Məmmədov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Razi Nurullayev - prezidentliyə namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;
Elşən Həsənov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Hafiz Hacıyev - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;
Fuad Əliyev - prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;
Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Anar Umudov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Ramazan Bəkirov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi