21-02-2018 [10:40]
Dövlət İmtahan Mərkəzi 18 fevral 2018-ci ildə inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb.
Mərkəzdən Mia.az-a verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 970 nəfəri kişi, 567 nəfəri isə qadın olub.
Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər (qeydiyyatdan keçənlərin 86%-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 3-ü kişi 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 1 nəfəri imtahanı uğurla keçib.
Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 152 nəfəri (75 kişi və 77 qadın), 20‑24 yaş intervalında olan namizədlərdir. 25-29 yaş intervalında isə 235 nəfər (150 kişi və 85 qadın) lazım olan balı toplaya bilib. Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 450 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı cəmi 16 nəfərdir.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 466 nəfəri (30.3%) müvəffəqiyyət əldə edib.
Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Hazırda 26 yanvar, 7 və 8 fevral tarixlərində elan olunmuş müsahibələrə isə qeydiyyat davam edir. 26 yanvar tarixində elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunmuşdur. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:
Ümumi məlumat
Yaş intervalı | Qeydiyyatdan keçmişdir | Test imtahanından uğurla keçib | Faizlə (%) | |
20-24 | 407 | 152 | 37.3 | |
25-29 | 671 | 235 | 35.0 | |
30-34 | 267 | 63 | 23.6 | |
35-39 | 97 | 9 | 9.3 | |
40-44 | 47 | 6 | 12.8 | |
45-49 | 18 | 1 | 5.6 | |
50-54 | 12 | 0 | 0.0 | |
55-59 | 14 | 0 | 0.0 | |
60-64 | 4 | 0 | 0.0 | |
Cəmi: | 1537 | 466 | 30.3 |
Kişi və qadınlar üzrə məlumat
Cinsi | Yaş intervalı | Qeydiyyatdan keçmişdir | Test imtahanından uğurla keçib | Faizlə (%) | |
Kişi | 20-24 | 234 | 75 | 32.1 | |
Kişi | 25-29 | 433 | 150 | 34.6 | |
Kişi | 30-34 | 166 | 42 | 25.3 | |
Kişi | 35-39 | 67 | 4 | 6.0 | |
Kişi | 40-44 | 33 | 4 | 12.1 | |
Kişi | 45-49 | 12 | 0 | 0.0 | |
Kişi | 50-54 | 10 | 0 | 0.0 | |
Kişi | 55-59 | 12 | 0 | 0.0 | |
Kişi | 60-64 | 3 | 0 | 0.0 | |
Kişilər üzrə cəmi: | 970 | 275 | 28.4 | ||
Qadın | 20-24 | 173 | 77 | 44.5 | |
Qadın | 25-29 | 238 | 85 | 35.7 | |
Qadın | 30-34 | 101 | 21 | 20.8 | |
Qadın | 35-39 | 30 | 5 | 16.7 | |
Qadın | 40-44 | 14 | 2 | 14.3 | |
Qadın | 45-49 | 6 | 1 | 16.7 | |
Qadın | 50-54 | 2 | 0 | 0.0 | |
Qadın | 55-59 | 2 | 0 | 0.0 | |
Qadın | 60-64 | 1 | 0 | 0.0 | |
Qadınlar üzrə cəmi: | 567 | 191 | 33.7 | ||
Yekun: | 1537 | 466 | 30.3 | ||
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi