Azərbaycanlı tələbələr Avropa Gənclər Parlamentində

img

22-09-2010 [12:06]


Keçən həftə ərzində Azərbaycan Tələbələr Birliyinin üzvləri Elçin Ağai və Ataxan Həsənov Avropa Gənclər Parlamentinin II Beynəlxalq Forumunda iştirak edib. Beş gün ərzində davam edən Forum Gürcüstanın Batumi şəhərində keçirilib. 15-19 sentyabr 2010-cu il tarixində reallaşan bu Forum Avropa Gənclər Parlamenti və Gürcüstan Hökümətinin dəstəyilə həyata keçirilib. Forum iştirakçılarına təcrübəli təlimçilər tərəfindən müxtəlif təlimlər və seminarlar təşkil edilmişdir. Həmçinin, Forumda Gürcüstan hökumətinin nümayəndələri də qonaq qismində iştirak edib. Forumda Azərbaycan Tələbələr Birliyinin üzvləri aktiv iştirak etmişdir. Bu üzvlərin əldə etdikləri təcrübənin digər tələbələrimizlə bölüşməsi üçün müvafiq fəaliyyətlərin də həyata keçirilməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA